• 16 °C
|

Sobyanin: Moskvaya doğru uçan PUA məhv edilib

26 Oktyabr 2025
img

Moskvaya doğru uçan pilotsuz uçuş aparatı (PUA) Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

APA xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin “Max” hesabında məlumat yayıb.

Sobyaninin sözlərinə görə, hadisə yerinə operativ xidmətlərin əməkdaşları cəlb olunub, qalıqların düşdüyü ərazidə araşdırma aparılır.