• 25 °C
|

Uitkoffun təyyarəsi Rusiya hava məkanına daxil olub

25 Aprel 2025
img

ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun olduğu təyyarə Rusiya hava məkanına daxil olub.

APA-nın Rusiya bürosu xəbər verir ki, “Flightradar24” xidmətinin məlumatına görə, Uitkoffun təyyarəsi Floridadan havaya qalxaraq Atlantik okeanını keçib, sonra Norveç, İsveç və Latviya üzərindən keçib.

Moskva vaxtı ilə saat 10:00-a olan məlumata görə, təyyarə Tver vilayəti üzərində olub. Təyyarənin tezliklə Moskvaya enəcəyi bildirilib.

Qeyd edək ki, bu, Uitkoffun 2025-ci ilin fevralından bəri Rusiyaya dördüncü səfəri olacaq. Trampın xüsusi nümayəndəsi Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün danışıqlarda fəal iştirak edir.

Bundan əvvəl Amerika mediası Tramp administrasiyasının atəşkəslə bağlı yekun təklif hazırladığını yazmışdı. Həmin təklifə əsasən, ABŞ-ın Krım üzərində Rusiyanın nəzarətini tanıdığı güman olunur. Ukrayna belə şərtləri qəbul etməyəcəyini açıqlayıb.