• 14 °C
|

Ukrayna ikinci dəfə Rusiyanın Baltik dənizindəki neft terminalına zərbə endirib

29 Mart 2026
img

Martın 29-u gecə Ukrayna Təhlükəsizlik Xidməti pilotsuz uçan aparatları ilə həftə ərzində ikinci dəfə Rusiyanın Baltik dənizində “Ust-Luq” limanındakı neft terminalına zərbə endirib.

APA xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edilib ki, gecə ərzində uzaqmənzilli pilotsuz uçuş aparatları ilə Leninqrad vilayətində “Ust-Luq” limanındakı neft terminalı infrastrukturuna zərbə endirilib.

Qeyd olunur ki, bu, Rusiya üçün Baltik dənizində neft ixracının həyata keçirildiyi mühüm neft terminalıdır.