• 30 °C
|

Ukrayna PUA-ları Moskvaya kütləvi hücum edib, 80-ə yaxın dron vurulub – YENİLƏNİB-1

19 İyun 2026
img

Bu gün Ukrayna ordusu Moskvaya daha bir kütləvi dron hücumu edib.

Rusiya mediasının xəbərinə görə, bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

O qeyd edib ki, Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən 76 PUA vurulub, dağıntı və itki yoxdur.

***

15:08

Ukraynanın Moskvaya dron hücumu davam edir.

APA-nın Rusiya bürosu xəbər verir ki, Moskva meri Sergey Sobyanin bir saat ərzində 35 dronun vurulduğunu bildirib.

Onun sözlərinə görə, təcili yardım xidmətləri dağıntıların düşdüyü yerdə çalışır.

Qeyd edək ki, bir gün əvvəl Ukrayna Silahlı Qüvvələri Moskvaya və Moskva vilayətinə təxminən 200 dronla hücum edib. Bu, son iki ildə Rusiya paytaxtına edilən ən böyük dron hücum olub.

***

13:43

Moskva ardıcıl ikinci gün Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb.

Rusiya mediasının xəbərinə görə, paytaxt meri Sergey Sobyanin şəhərə yaxınlaşan 16 dronun vurulduğunu açıqlayıb.

Qeyd edək ki, ötən gün Moskva şəhəri və Moskva vilayəti Ukrayna PUA-larının kütləvi hücumuna məruz qalıb. Moskva Neft Emalı Zavodu və “Sadovod” ticarət mərkəzinə ziyan dəyib. Moskva vilayətində iki uşaq daxil olmaqla 16 nəfər xəsarət alıb.