• 20 °C
|

Ukrayna Rusiya hərbi aerodromlarına PUA hücumu həyata keçirib, 40 hərbi təyyarə məhv edilib

1 İyun 2025
img

Ukrayna Rusiyanın hərbi aerodromlarına PUA hücumu həyata keçirib.

APA xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Rusiyanın Murmansk, İrkutsk, Ryazan və digər regionlarında yerləşən hərbi aerodromlarında 40 strateji hərbi təyyarəsi məhv edilib.

Ukrayna teleqram kanalları dron hücumunun və məhv edilən strateji bombardmançı təyyarələrin görüntülərini də yayıb.

Rusiya Müdafiə Nazirliyi hələ ki, Ukraynanın Rusiya hərbi aerodromlarına PUA hücumu barədə məlumatı təsdiqləməyib.