• 32 °C
|

Ukrayna Tatarıstana PUA-larla hücum edib, 12 nəfər ölüb, 39 nəfər yaralanıb, matəm elan olunub – YENİLƏNİB

10 Avqust 2026
img

Ukraynanın Tatarıstana PUA hücumu nəticəsində ölən və yaralananların sayı artıb.

TASS xəbər verir ki, hadisə nəticəsində 12 nəfər ölüb, 39 nəfər yaralanıb.

***

10:23

Ukraynanın Tatarıstana PUA hücumu nəticəsində 10 nəfər ölüb.

Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

Hücumda daha 15 nəfərin yaralandığı bildirilir.

***

10.09

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Tatarıstan Respublikasına pilotsuz uçuş aparatları ilə hücum edib.

APA xəbər verir ki, Tatarıstan rəhbərinin mətbuat xidmətinin verdiyi məlumata görə, Ukrayna Nijnekamsk şəhərində sənaye və mülki obyektlərə zərbələr endirib, ölənlər var.

Mətbuat xidmətindən həlak olanlarla bağlı Tatarıstanda matəm elan edildiyi bildirilib.

Mətbuat xidmətinin məlumatına görə, Tatarıstan rəhbəri Rüstəm Minnixanovun qərarı ilə Nijnekamska PUA hücumunda həlak olanların xatirəsinə matəm günü elan olunub.