|

Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər

10 Noyabr 2026
img

Ukrayna və Rusiya Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Azadlıq Radiosunun Ukrayna xidməti Ukrayna nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, genişmiqyaslı mübadilənin yaxın gələcəkdə baş tutacağı gözlənilir.

Qeyd edək ki, bu gün Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında üçtərəfli danışıqları keçirilib. Danışıqların birinci günü 4 saatdan çox davam edib. Üçtərəfli görüşün noyabrın 11-də davam etdiriləcəyi bildirilib.