• 12 °C
|

Ukraynanın Rusiyanın Tuapse şəhərində yaşayış binalarını vurması nəticəsində 5 və 14 yaşlı iki uşaq ölüb

16 Aprel 2026
img

Ukrayna ordusunun Rusiyanın Tuapse şəhərində yaşayış binalarını vurması nəticəsində 5 və 14 yaşlı iki uşaq ölüb.

APA xəbər verir ki, ilkin məlumata görə, hadisə nəticəsində daha iki nəfər yaralanıb.

Şəhərdə beş fərdi ev və bir yaşayış binasının zərər gördüyü bildirilir. Vurulan PUA-lardan birinin qalıqları dəniz limanının yaxınlığındakı müəssisələrin ərazisinə düşüb.

Anapa, Gelendjik və Soçi səmasında da Ukrayna ordusuna aid PUA-ların göründüyü bildirilir.