24 May 2026

Yerevan məhkəməsi Andranik Tevanyanı iki ay müddətinə həbs edib.
APA xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, “Çiçəklənən Ermənistan” partiyasının namizədi olan Tevanyan əvvəllər dövlətə xəyanətdə ittiham olunurdu.
Dünən Mərkəzi Seçki Komissiyası prokurorluğa cinayət işi başlatmaq səlahiyyəti verib.
Bu gün Avan və Nor Nork rayon məhkəmələri müstəntiqlərin qətimkan tədbiri ilə bağlı vəsatətini təmin edib.