• 21 °C
|

Zelenski müharibəni mümkün qədər tez bitirməyə hazır olduğunu bildirib

24 Oktyabr 2026
img

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni mümkün qədər tez başa çatdırmağa və münaqişəni hazırkı cəbhə xətti boyunca dondurmağa hazır olduğunu bəyan edib.

APA xəbər verir ki, o, bu barədə “ABC News” telekanalına müsahibəsində bildirib.

Zelenskinin sözlərinə görə, Rusiya hazırda Ukrayna ərazisinin 19,3%-nə nəzarət edir. O qeyd edib ki, ərazilərin 25%-dən imtina etmək Ukrayna Silahlı Qüvvələrinin Donbasdan faktiki olaraq çıxması demək olardı.