• 17 °C
|

Antalya Diplomatiya Forumu çərçivəsində “Mədəni diplomatiya” paneli keçirilib

19 Aprel 2026
img

Antalya Diplomatiya Forumu çərçivəsində “Mədəni diplomatiya paneli keçirilib.

Anadolu Agentliyinin məlumatına görə, “Bölünmələri birləşdirmək, etimad qurmaq” adlı panel təşkil olunub.

TRT World müxbiri və aparıcısı Brenda Achieng Czeda-nın moderatorluğu ilə keçirilən paneldə AK Partiya sədr müavini və İnsan Hüquqları üzrə rəhbər Hasan Basri Yalçın, Anna Lindh Foundation prezidenti Rym Ali, Sasakava Peace Foundation Sülh Vasitəçiliyi Mərkəzinin rəhbəri Akiko Horiba və CeSPI Türkiyə Müşahidə Mərkəzinin koordinatoru Valeria Giannotta iştirak ediblər.

Hasan Basri Yalçın bildirib ki, son illərdə beynəlxalq siyasətdə təəssüf ki, sözlərin yerini silahlar tutub.

Yalçın vurğulayıb ki, “mədəni əlaqələr xalqlar və ölkələr arasında daha rahat və daha möhkəm körpülərin qurulmasına kömək edə bilər”. Eyni zamanda mədəniyyət əsaslı həll yollarına daha optimist yanaşmağın vacibliyini də qeyd edib: “Əgər biz bir-birimizi dostyana şəkildə tanıya bilsək, bu, sülh yolu ilə problemlərin diplomatik həllinə də vasitəçi ola bilər. Belə dövrlərdə optimist olmaq çətindir. Daha çox danışmalıyıq, lakin bəzi ifadələr problemlər yaradır. Məsələn, NATO uzun müddət üzvlərinin oxşar mədəni kimliklərə malik olması səbəbilə tənqid edilirdi. Bəziləri isə NATO-nun ciddi sınaqlardan keçmədiyini deyirdi. Amma artıq yeni sınaq mərhələləri başlayıb. Avropa İttifaqı bu qeyri-müəyyən dövrdə davam gətirə biləcəkmi? NATO ayaqda qala biləcəkmi? Yoxsa bəzi dövlətlərin mədəni kimlikləri qoruna biləcəkmi? kimi suallar artıq gündəmdədir.”