
Azərbaycan milli mətbuatının 150 illik yubileyi iləəlaqədar Medianın İnkişafıAgentliyinin vəRegional İnkişaf İctimai Birliyinin birgətəşkilatçılığıiləMEDİA vəRİİB könüllülərinin Zərdab şəhərinəsəfəri təşkil olunub.
APA xəbər verir ki, görkəmli maarifçi vəpublisist Həsən bəy Zərdabinin ev muzeyini ziyarət edən könüllülərəmuzeyin ekspozisiyası, Həsən bəy Zərdabinin həyat vəfəaliyyəti, Azərbaycan mətbuat tarixindərolu barədəətraflıməlumat verilib. Qeyd edilib ki, Həsən bəy Zərdabinin ev muzeyi maarifçilik ənənələrinin yaşadılması, milli mətbuat tarixinin gələcək nəsillərəçatdırılmasıvəZərdabinin ideyalarının təbliği baxımından mühüm mədəni irs ocağıdır.
Səfər çərçivəsində teleaparıcıMümtaz Xəlilzadətərəfindən“Müasir dövrdəmedia savadlılığıvəeffektiv kommunikasiyada nitq mədəniyyətinin önəmi” mövzusunda təlim keçirilib. Təlim zamanıiştirakçılara rəqəmsal informasiya mühitində media savadlılığının rolundan, kommunikasiya bacarıqlarının şəxsi vəpeşəkar inkişafda əhəmiyyətindən, eləcədənitq mədəniyyətinin media nümayəndələrinin peşəkar imicinətəsirindən bəhs edilib.
Qeyd edək ki, Zərdab şəhərinə səfərin təşkilində məqsəd Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi və publisist Həsən bəy Zərdabinin irsini daha yaxından tanıtmaq, onun millijurnalistikanın formalaşmasında oynadığı rolu gənclərə çatdırmaq və maarifçilik ideyalarını könüllülər arasında təbliğ etməkdən ibarət olmuşdur.