• 32 °C
|

Ötən il 11 insan alverçisi haqqında məhkəmədə ittihamedici hökmlər çıxarılıb

13 May 2025
img

Ötən il 11 insan alverçisi haqqında məhkəmədə ittihamedici hökmlər çıxarılıb.

“Report” xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, hazırda aşkarlanmış digər üç nəfərin məhkəmə prosesi davam edir.