Pakistan ölkələr arasında maneələrin götürülməsi və iqtisadi əlaqələrin inkişafının tərəfdarıdır.
“Report” xəbər verir ki, bunu Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən 15-ci plenar sessiyasının açılış mərasimində deyib.
O qeyd edib ki, təhlükəsizlik, kibercinayətkarlığa qarşı mübarizə, təhsil sahəsində əməkdaşlıq regionda harmoniyanın qorunmasına kömək edə bilər.
Senat sədri vurğulayıb ki, APA çox yaxşı bir platforma formalaşdırıb:
"Asiyada ölkələr arasında dialoqun formalaşdırılması, fərqlərin aradan qaldırılması üçün bəzi sahələrin inkişafına ehtiyac var. Sülh, inklüzivlik və tərəqqi bizim əsas prinsiplərimizdir”.