• 26 °C
|

Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq olunan məhdudiyyətləri ləğv edib

7 İyul 2026
img

Beynəlxalq Olimpiya Komitəsi Rusiya Olimpiya Komitəsinə tətbiq edilən məhdudiyyətləri götürüb.

APA xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsi məlumat yayıb.

Qeyd edək ki, Rusiya Olimpiya Komitəsi Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindəki regional olimpiya şuralarını öz tərkibinə daxil etdiyinə görə BOK tərəfindən 2023-cü ilin oktyabrında zvlük hüququndan məhrum edilmişdi.

Bundan əvvəl isə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra rusiyalı idmançılar beynəlxalq yarışlarda əsasən neytral statusda iştirak edə bilirdi.