• 19 °C
|

III MDB Oyunları davam edir: Azərbaycan medal sıralamasında ikincidir

6 Oktyabr 2025
img

Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.

Apasport.az xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 194 (105-55-34) medalla liderdir.

Azərbaycan 161 medalla ikinci pillədə qərarlaşıb: 29 qızıl, 46 gümüş və 86 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 101 (27-26-48) medal.

Bu günə qədər III MDB Oyunlarında 10 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.