• 24 °C
|

Azərbaycanda akkreditə olunmuş diplomatlar Laçında “Yurd” sərgi mərkəzini ziyarət ediblər

20 İyun 2025
img

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlardan, hərbi attaşelərdən və ölkədəki beynəlxalq təşkilatların nümayəndələrindən ibarət heyət Laçındakı “Yurd” sərgi mərkəzini ziyarət edib.

"Report" xəbər verir ki, iştirakçılar Azərbaycan mədəniyyətinin elementlərini əks etdirən ekspozisiyalarla tanış olublar.

Diplomatlara milli xalçaçılıq, rəssamlıq nümunələri, həmçinin Laçın şəhərinin erməni hərbi birləşmələri tərəfindən işğalından əvvəlki fotoşəkilləri təqdim edilib.

Foto: Vüqar Xanlarov