• 21 °C
|

Keçmiş məcburi köçkün: Sarıcalıda veriləcək yeni evimdə ailəmlə birgə firavan yaşayacağam

21 Aprel 2025

“Torpaqlarımız işğal ediləndən sonra müxtəlif yerlərdə məskunlaşmışdım. Yaşayış şəraitimiz yaxşı deyildi. Bu gün isə bizə Sarıcalı kəndində gözəl həyəti olan ev verəcəklər. Ailəmlə birgə orada firavan yaşayacağam”.

“Report” xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Sarıcalı kəndinə köç edən keçmiş məcburi köçkün Əliyev Sərvər deyib.

“Bizi Qarabağımıza qaytardığına, belə gözəl evlərlə təmin etdiyinə görə Prezidentimizə minnətdarlığımı bildirirəm. Allah Ordumuzu, dövlətimizi qorusun”, – deyə keçmiş məcburi köçkün bildirib.