Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski yenidən məhkəməyə gətirilib.
Bu barədə “Report”un Rusiya bürosu xəbər verir.
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski barədə qərar qəbul edilməsi üçün keçiriləcək məhkəmə prosesi təxirə salınıb.
“Report”un Rusiya bürosunun məlumatına görə, məhkəmə yerli vaxtla saat 16:00-da keçirilməli idi. Hələlik prosesin keçiriləcəyi saat məlum deyil.
Yekaterinburqda Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski məhkəməyə gətirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, o, saxlanılan zaman “Mercedes-Benz G-Class” (Galendvagen) markalı avtomobillə xüsusi təyinatlını vurmaqda ittiham olunur.
Məhkəmə prosesi başlayıb.
Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinskiyə qarşı cinayət işi açılıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin Vəkillər Palatasının prezidenti İqor Putintsev məlumat verib.
"Vəkillər Palatası Mutvalı Şıxlinskiyə qarşı cinayət təqibinin aparıldığı barədə məlumatı təsdiqləyib", – agentliyin həmsöhbəti bildirib.
Putintsev Şıxlinskinin hansı maddə ilə ittiham oluna biləcəyini dəqiqləşdirməyib.
Daha əvvəl güc strukturlarında bildirmişdilər ki, “Azərbaycan-Ural” İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski saxlanılıb. Daha sonra o azad edilib.