• 21 °C
|

Bir qrup rusiyalı alim İrandan Azərbaycana təxliyə edilib

15 İyun 2025
img

İrandan Azərbaycana 14 rusiyalı alim təxliyə edilib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Elm və Təhsil Nazirliyinin mətbuat xidməti “İnterfaks”a bildirib.

“BRICS-ə həsr olunmuş Rusiya – İran konfransında iştirak etmiş 14 rusiyalı beynəlxalq münasibətlər üzrə alimdən ibarət qrup İran – İsrail münaqişəsi zonasından uğurla təxliyə edilib”, – məlumatda deyilir.

Nümayəndə heyətinin tərkibində Rusiya Elm və Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların əməkdaşları, xüsusilə Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktor müavini Vasili Kuznetsov və Rusiya Elmlər Akademiyasının İqtisadiyyat və Beynəlxalq Münasibətlər İnstitutunun kiçik elmi işçisi Yevdokiya Dobreva olub.

“Döyüş əməliyyatları başladıqdan sonra alimlər Rusiya səfirliyinin ərazisinə gətiriliblər, oradan bu gün Azərbaycana yola düşüblər”, – agentliyin qurumdan əldə etdiyi məlumatında bildirilib.

Xatırladaq ki, daha əvvəl Rusiyanın İranda neft sektorunda çalışan əməkdaşları və onların ailə üzvlərindən ibarət böyük qrupu “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə çatmışdı.