16 İyn 2025
Ermənistan İran-İsrail münaqişəsi ilə əlaqədar iqtisadiyyatın inkişafının müxtəlif, o cümlədən riskli ssenarilərini nəzərdən keçirir.
"Report"un məlumatına görə, bunu Ermənistanın maliyyə naziri Vahe Ovannisyan mətbuat konfransında deyib.
"İran və İsrail arasında gərginliyə gəlincə, müəyyən proseslər bizə mənfi təsir göstərə bilər. Lakin bizə müsbət təsir edə biləcək amillər də var. Çox şey bu eskalasiyanın dərəcəsindən və müddətindən asılıdır", – o bildirib.
Məlumat yenilənir