• 4 °C
|

Ermənistanda keçmiş komitə sədri saxlanılıb

24 Yanvar 2025
img

Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri, Respublikaçılar Partiyasının üzvü Arman Saakyan saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə “Factor TV” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Ona çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.

"Digər təfərrüatlar hələ məlum deyil, onun vəkilinin şərhini ala bilmədik", – Factor TV bildirib.

Xatırladaq ki, Arman Saakyan Ermənistan parlamentinin keçmiş sədri (2014-2017-ci illərdə -red) Qalust Saakyanın oğludur. A.Saakyan özü də Ermənistan parlamentinin deputatı, İrəvan merinin müavini olub. O, eyni zamanda "Sovrano" şirkətinin sahibidir.