• 22 °C
|

Fidan Lavrovla İsrailin İrana hücumunu müzakirə edib – YENİLƏNİB

15 İyun 2025
img

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan İsrailin İrana qarşı hərbi əməliyyatı ilə bağlı Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin telefon danışığının yekunlarına dair bəyanatında deyilir.

"Nazirlər hərbi əməliyyatları dərhal dayandırmaq və bütün ən ciddi, gözlənilməz nəticələrə səbəb olan növbəti zorakılıqlarının qarşısını almaqla bağlı yekdil fikirdə olublar", – bəyanatda vurğulanır.

Türkiyə tərəfi davamlı danışıqlar prosesinin yaradılması çərçivəsində mövcud mübahisəli məsələlərin məqbul həll yollarının tapılmasının asanlaşdırılması naminə Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib.

Söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.

15:53

Türkiyə və Rusiya xarici işlər nazirləri Hakan Fidan və Sergey Lavrov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Məlumata əsasən, iki nazir İsrail və İran arasındakı münaqişə və bu gərginliyin mümkün qlobal və regional nəticələrini müzakirə ediblər.

H. Fidan hadisələrin narahatlıq doğurduğunu və münaqişəyə son qoymağın və İranın nüvə fəaliyyətləri ilə bağlı mübahisənin həllinin yeganə yolunun diplomatiya olduğunu deyib.