• 24 °C
|

İran hakimiyyəti ölkədə internetin olmamasının səbəblərini açıqlayıb

18 İyun 2025
img

İran hakimiyyəti ölkədə internetə çıxışa müvəqqəti məhdudiyyət qoyub.

"Report"un xəbərinə görə, bu barədə İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

“Ölkənin yerləşdiyi xüsusi şəraitin davam etməsini, həmçinin rabitə şəbəkələrinin hərbi məqsədlər üçün istifadəsini (İsrail tərəfindən – red.) və əhalinin həyatı üçün təhlükəni nəzərə alaraq internetə çıxışa müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, – məlumatda deyilir.

Xatırladaq ki, iyunun 15-də amerikalı sahibkar İlon Mask “Starlink” peyk internet sisteminin İran ərazisi üzərində işləməyə başladığını açıqlayıb. Maskın sözlərinə görə, İranın hakimiyyət orqanları etirazların koordinasiyasının qarşısını almaq üçün interneti bağlayıb.