19 İyn 2025
İsrail Ordusu Tehranda İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum edib, nəticədə bir neçə asayiş keşikçisi yaralanıb.
"Report"un IRNA agentliyinə istinadən məlumatına görə, bu barədə Polisin bəyanatında deyilir.
Qeyd edilir ki, bir neçə saat əvvəl Polis Qərargahının yaxınlığındakı binalara hücum edilib, nəticədə bir neçə əməkdaş yaralanıb.
Xəsarət alan polis əməkdaşlarının dəqiq sayı barədə məlumat verilmir.