22 İyn 2025
İran ABŞ-nin ona hücumunu kəskin şəkildə pisləyir, bunu beynəlxalq hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulması hesab edir.
"Report"un xəbərinə görə, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nazirlər toplantısında iştirak etdiyi İstanbulda İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“İran ABŞ-nin təcavüzkar hərbi əməliyyatını qətiyyətlə pisləyir”, – Əraqçi deyib.