30 İyl 2025
İranın cənub əyaləti Farsda avtobusun aşması nəticəsində 8 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə regionun təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.
"Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər ağır xəsarət alıb", – onun sözləri IRNA-nın teleqram kanalında qeyd edilib.