• 26 °C
|

İranın ali lideri İsraillə münaqişədə qələbə münasibətilə xalqı təbrik edib – YENİLƏNİB

26 İyun 2025
img

İranın ali lideri ayətullah Əli Xamenei İsraillə münaqişədə qələbə münasibətilə İran xalqını təbrik edib.

“Report” xəbər verir ki, bu barədə ali liderin mətbuat xidməti paylaşım edib.

Qeyd edək ki, iyunun 24-də İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin İsraillə müharibədə qalib gəldiyini elan edib.

14.05

İranın ali lideri Əli Xamenei İsraillə münaqişənin və ABŞ-nin İranın nüvə obyektlərini bombalamasının başa çatmasından sonra ilk bəyanatını verməyi planlaşdırır.

“Report”un məlumatına görə, bu barədə Xameneinin “X” sosial şəbəkəsindəki səhifəsində deyilir.

"İmam Xameneinin televiziya ilə müraciəti yaxın dəqiqələr ərzində yayımlanacaq", – paylaşımda qeyd olunub.