• 8 °C
|

Keçmiş vitse-spiker: ABŞ-Ermənistan tərəfdaşlıq sənədi ölkəyə yaxşı heç nə gətirməyəcək

15 Yanvar 2025
img

ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanması ölkənin İran və Rusiya ilə münasibətlərini pisləşdirəcək.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Ermənistanın Respublikaçılar Partiyasının nümayəndəsi Eduard Şarmazanov bildirib.

"Ermənistan-ABŞ strateji tərəfdaşlığı haqqında xartiyanın imzalanması bizə heç nə verməyəcək, əksinə İran və Rusiya ilə münasibətləri pisləşdirəcək", – o bildirib.

E.Şarmazanov, həmçinin qeyd edib ki, "mümkün ABŞ-İran münaqişəsi" halında ABŞ ilə belə bir sazişin imzalanması Ermənistan üçün ciddi problemlər yaradacaq: !Belə birmənalı olmayan geosiyasi vəziyyətdə Rusiya və İranla münasibətləri korlamaq sadəcə axmaqlıqdır".

O, həmçinin qeyd edib ki, bu cür sənədlərin digər ölkələr tərəfindən imzalanması onlara heç bir yaxşılıq gətirməyib: "Təhdidlər azalmayacaq, əksinə artacaq. Heç bir qərb əsgəri Ermənistanın təhlükəsizliyini qorumağa gəlməyəcək. Qərb Ermənistan Respublikasının anti-Rusiya və anti-İran olmasını istəyir".