• 28 °C
|

Mahinur Özdemir Göktaş: Azərbaycanla Türkiyə arasındakı əlaqələr geniş və çoxşaxəlidir

10 İyun 2025
img

Azərbaycanla Türkiyə arasındakı əlaqələr geniş və çoxşaxəlidir.

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün Xəzər Universitetində tələbələrlə baş tutan görüşün məqsədi iki ölkə arasında əlaqələri dərinləşdirmək və gənclərlə fikir mübadiləsi aparmaqdır:

"Bu il Türkiyədə ailə ili elan edilib. İndi burada toplaşmaqda da əsas məqsəd gəncələrə ailənin əhəmiyyətini izah etməkdir".