• 29 °C
|

Peskov: Bakı və İrəvanın sülh sazişi imzalaması regiona sabitlik gətirəcək

10 İyul 2025
img

Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirəcək.

"Report"un məlumatına görə, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz, əlbəttə ki, belə birbaşa dialoq faktını alqışlayırıq", – o, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünü şərh edərkən bildirib.

D.Peskov, həmçinin qeyd edib ki, sazişin imzalanması regiona proqnozlaşdırılabilənlik, sabitlik və sülh gətirməyə imkan verəcək çox vacib faktor olacaq: “Biz bu prosesi tam dəstəkləyirik".