• 23 °C
|

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025
img

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində dünyanın aparıcı xəbər agentliklərinin rəhbərlərinin suallarını cavablandırıb.

Bu barədə “Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Putin İstanbulda Ukrayna nümayəndələri ilə aparılan danışıqların nəticələrini müsbət qiymətləndirib. O, danışıqların humanitar nəticələrinin olduğunu vurğulayaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

"Prezident Ərdoğana təşəkkür edirik, razılaşma (2022-ci ildə Ukrayna ilə razılaşma-red) hazırlandı. Sonra (avropalılar) dedi ki, Rusiya meydanda məğlub olmalıdır", – Rusiya Prezidenti vurğulayıb.

Qeyd edək ki, mayda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsləri ilə Rusiya-Ukrayna nümayəndələri 3 ildən sonra İstanbulda bir araya gəliblər. Türkiyənin ev sahibliyi etdiyi danışıqlarda əsir mübadiləsi ilə bağlı razılaşmalar əldə olunub.