01 İyn 2025
Qazaxıstanın Türkiyədəki səfiri Yerkebulan Sapiyev əlavə olaraq Qazaxıstanın Türk Dövlətləri Təşkilatında (TDT) daimi nümayəndəsi təyin edilib.
Bu barədə “Report”un Qazaxıstan bürosu “Akorda”ya istinadən xəbər verir.
Müvafiq fərman Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev tərəfindən mayın 22-də imzalanıb.
TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Macarıstan və Türkmənistan təşkilatda müşahidəçi statusuna malikdir.