11 İyn 2025
Rusiyanın 2022-ci ildə Ukraynaya təklif etdiyi sülh şərtləri indikindən daha yumşaq idi.
"Report"un məlumatına görə, bunu Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski RT-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Kiyev təkbaşına qərarlar qəbul etsəydi, sülh müqaviləsi həmin il fevralın 28-də imzalanacaqdı.
"Ukrayna istəsəydi, hazır olsaydı, o zaman biz 2022-ci il fevralın 28-də ilk iclasda sülh müqaviləsi imzalaya bilərdik", – Rusiya danışıqlar nümayəndə heyətinin rəhbəri bildirib.