• 17 °C
|

Tbilisidə yaşayış binasında partlayış olub, ölən və yaralılar var

14 Yanvar 2025
img

Gürcüstanın paytaxtı Tbilisi şəhərində yerləşən yaşayış binalarının birində partlayış baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, hadisə Ortaçala qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub. Nəticədə binanın fasadı və divarlarının bir hissəsi çöküb.

Fövqəladə Halların İdarəolunması Xidmətinin yaydığı məlumata əsasən, hadisə nəticəsində 1 nəfər həyatını itirib, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hazırda ərazidə axtarış-xilasetmə işlərini davam etdirilir. Bina sakinlərinin bir hissəsi isə müvəqqəti yaşayış yerlərinə köçürülür. Partlayışın dəqiq səbəbləri araşdırılır.