• 14 °C
|

TDT-nin ailə və sosial siyasətdən məsul nazirlərinin üçüncü iclası Qazaxıstanda keçiriləcək

11 İyun 2025
img

Türk Dövlətləri Təşkilatının (TDT) ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin üçüncü iclası Qazaxıstanda keçiriləcək.

Bunu “Report”a açıqlamasında TDT Baş katibinin Türkiyədən olan müavini Ömer Kocaman deyib.

O bildirib ki, Qazaxıstandakı iclas 2026-cı il üçün nəzərdə tutulub.

Qeyd edək ki, TDT-nin ailə və sosial siyasətdən məsul nazir və digər qurum rəhbərlərinin ikinci iclası sabah Bakıda keçiriləcək. Birinci iclas isə 2024-cü ilin may ayında Türkiyədə baş tutub.