17 İyn 2025
İranın paytaxtı Tehranda güclü partlayış baş verib, şəhərdə hava hücumundan müdafiə sistemləri işə salınıb.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Qeyd edilir ki, paytaxtın şimalında qatı tüstü görünür.
Daha əvvəl İsrailin İranın əsas teleyayım şirkəti olan IRIB-in (Islamic Republic of Iran Broadcasting) binasına hücum etdiyi məlum olub.