• 16 °C
|

Tokayev və Makron Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

23 Avqust 2025
img

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarı Emmanuel Makronla telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə Makron “X” sosial şəbəkəsində yazıb.

"Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığım oldu. 2023-cü ilin noyabrında Qazaxıstana səfərimdən və prezident Tokayevin ötən ilin noyabrında Fransaya dövlət səfərindən sonra xüsusilə nəqliyyat və enerji sahələrində strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etdik. Həmçinin beynəlxalq vəziyyət, o cümlədən Rusiyanın Ukraynada apardığı müharibə və Cənubi Qafqazdakı hazırkı danışıqlar barədə söhbət etdik", – paylaşımda deyilir.