• 11 °C
|

Tramp: ABŞ İranın nüvə obyektlərini yenidən zərbələr endirməyə hazırdır

22 İyul 2025
img

ABŞ lazım gələrsə İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır.

“Report” xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İranın XİN rəhbəri Abbas Əraqçinin əvvəlki hücumdan sonra ciddi ziyan dəyməsi ilə bağlı açıqlamalarından sonra deyib.

“Xarici işlər naziri Abbas Əraqçi İranın nüvə obyektləri ilə bağlı: “Zərər çox ağırdır, onlar məhv edilib”. Təbii ki, mən belə dedim və lazım gələrsə, yenə də edəcəyik!” Ağ Evin rəhbəri Truth Social-da yazıb.