• 20 °C
|

Ukrayna Rusiyanın dörd hərbi aerodromunda təyyarələri yandırıb

1 İyun 2025
img

Ukraynanın pilotsuz təyyarələri Rusiya bombardmançı təyyarələrinin məhv edilməsi üzrə Təhlükəsizlik Xidmətinin “Pauçina” xüsusi əməliyyatı çərçivəsində bu ölkənin hərbi aerodromlarına hücum edib.

"Report"un Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, 40-dan çox təyyarə, o cümlədən A-50, Tu-95 və Tu-22 M3 məhv edilib.

Hücumlar Murmansk vilayətindəki “Olenya”, İrkutsk vilayətindəki “Belaya” aerodromlarına və başqalarına edilib.

Hesablamalara görə, Rusiya aviasiyasının itkiləri 2 milyard dollardan çox ola bilər.

“İnterfaks-Ukrayna” qeyd edib ki, hazırda “Belaya”, “Dyaqilevo”, “Olenya” və “İvanovo” aerodromlarında təyyarələr yanır. “Malyukun (Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk – red.) sayəsində Rusiya Federasiyası indi “demilitarizasiya” sözünün əsl mənasını başa düşür”, – agentliyin mənbəyi bildirib.