Bu günədək Ukraynanın Sumı vilayətinin Rusiya ilə sərhədyanı ərazilərinin 60 faiz əhalisi köçürülüb.
Bu barədə "Report"un Şərqi Avropa bürosuna Sumı vilayətinin rəhbəri Oleq Qriqorov məlumat verib.
Onun sözlərinə görə, hazırda Sumı vilayətində əlavə 213 yaşayış məntəqəsindən insanların təxliyə edilməsi lazımdır:
"Yalnız ötən həftə ərzində sərhədyanı icmalardan 400 nəfər, o cümlədən 26 uşaq köçürülüb. Bunlar əsasən Sumı vilayətinin sərhədyanı, o cümlədən Şostka rayonlarının sakinləridir".
O.Qriqorov həmçinin bildirib ki, ötən sutka ərzində Rusiya ordusu vilayətin 12 ərazi icmasında 29 yaşayış məntəqəsinə qarşı təxminən 80 zərbə endirib:
"Hücumların əksəriyyətini Sumı şəhərinin özünə, yəni vilayətin mərkəzinə həyata keçirilib.