• 23 °C
|

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski Yekaterinburqda saxlanılıb

1 İyul 2025
img

“Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinski Rusiyanın Yekaterinburq şəhərində “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılıb.

"Report"un “66.RU” teleqram kanalına istinadən verdiyi məlumata görə, onun oğlu Mutvali saxlanılması ilə bağlı məlumatı təsdiqləyib.

"Ticarət mərkəzinin yaxınlığında çoxlu təhlükəsizlik qüvvələri var idi", – o, deyib.

Məlumata görə, Mutvali də əvvəlcə saxlanılıb, sonra azadlığa buraxılıb.