• 14 °C
|

Azərbaycan Prezidenti: Vaşinqtonda atışma məni dərindən sarsıtdı, zorakılıq qəti şəkildə pislənməlidir

26 Aprel 2026
img

Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı.

APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev X-da paylaşımında bildirib.

“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, – deyə dövlət başçısı vurğulayıb.