• 7 °C
|

Dövlət başçısı: Azərbaycanda hər kəs eyni hüquq və azadlıqlara malikdir

5 Yanvar 2025
img

Nümunəvi mültikulturalizm məkanı kimi tanınan Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəs eyni hüquq və azadlıqlara malikdir.

APA-nın xəbərinə görə, b barədə Prezident İlham Əliyevin Azərbaycanın pravoslav xristian icmasına təbrikində bildirilib.

“Xristian həmvətənlərimiz də inanclarına uyğun ayin və mərasimləri sərbəst şəkildə həyata keçirməklə öz adət-ənənələrini layiqincə yaşadır, vətəndaşlıq borcunu vicdanla yerinə yetirərək, Azərbaycanın ictimai-siyasi, sosial-mədəni həyatında yaxından iştirak edirlər”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.