• 26 °C
|

Oman Sultanı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

29 May 2025
img

Omanın Sultanı Heytəm bin Tariq Al SəidAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluq duyuram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq diləyirəm”.