• 26 °C
|

Prezident İlham Əliyev: Azərbaycan AZAL-ın təyyarəsinə qəsdən hücum olduğunu düşünmür

15 Avqust 2025
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.

APA-nın xəbərinə görə, dövlət başçısı qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür.

“Biz, sadəcə, bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, – deyə Prezident İlham Əliyev əlavə edib.