• 6 °C
|

Prezident İlham Əliyev Şahin Bağırovu 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

11 Yanvar 2025
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsinin sədri Şahin Soltan oğlu Bağırovun 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Şahin Soltan oğlu Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.