• 27 °C
|

Azərbaycanda qadın narkotik istifadəçilərinin sayı açıqlanıb

4 İyun 2025
img

Hazırda Azərbaycanda qeydiyyatda 1 042 narkotik asılılığı olan qadın var.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin direktoru Fəzail Sadıqov deyib.

Onun sözlərinə görə, bu il may ayının 1-nə olan məlumata əsasən, ölkədə ümumilikdə 40 min 231 narkotik asılılığı olan şəxs qeydiyyatdadır.