10 İyn 2025
Bayram günlərində (6-9 iyun) zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 11 nəfər qəbul edilib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, həmin şəxslərdən 3-ü sirkə turşusundan, 5-i dərmandan, 1-i ilan sancmasından, 1-i allergik reaksiyadan, 1-i isə fosfor üzvi birləşmələsindən zəhərlənib.
Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ölüm halı qeydə alınmayıb.