• 23 °C
|

Assosiasiya prezidenti: Çin investorları üçün Azərbaycanda yaxşı bazar imkanları ərsəyə gətirmək mühümdür

23 Sentyabr 2025
img

Azərbaycanlı iqtisadi nümayəndə heyətlərinin Çinə, çinli investorların da Azərbaycana səfərləri tez-tez təşkil olunmalıdır.

APA xəbər verir ki, bunu Çinin Dənizaşırı İnkişaf Assosiasiyasının prezidenti He Zenvei Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı deyib.

“Düşünürəm ki, bu tipli investisiya forumları Azərbaycanda tez-tez, heç olmazsa, ildə bir dəfə keçirilməlidir. Çinli investorlar Azərbaycana gəlməli, azərbaycanlı nümayəndələr isə Çinə səfər etməlidir.

Azərbaycanın investisiya üçün əlverişli imkanlarını, üstünlüklərini təbliğ etmək lazımdır. Çin investorları üçün bu ölkədə yaxşı bazar imkanları ərsəyə gətirmək mühümdür ki, onlar bura investisiya qoymağa meylli olsunlar”- He Zenvey vurğulayıb.